top of page
Tərlan İskəndərov

"EMA 2025" Namizədləri Açıqlanıb!


Fevralın 1-də Sloveniyanın milli seçim turu "Evrovizijska Melodija" (EMA) ölkəni Bazel 2025-də təmsil edəcək adını müəyyən edəcək.


12 iştirakçı arasında ən çox diqqət çəkən ad Klemendir. O, Avropa liderlərinə həsr etdiyi satirik mahnılar və parodiyalarla məşhurdur. Bu il "How Much Time Do We Have Left?" mahnısı ilə səhnəyə çıxacaq.


Digər iddialılar arasında Cons ("New Religion" mahnısı), Eva Pavli ("Niti" mahnısı), PolarAce ("Kind" mahnısı) və RAI ("Frederick's Dead" mahnısı) kimi rəngarəng ifaçılar da yer alır.


EMA-nın qalibi həm münsiflərin, həm də tamaşaçıların səsi ilə müəyyən ediləcək. Sloveniyanın 30-cu Təmsilçisinin açıqlanacağı bu şounu qaçırmayın!

bottom of page