top of page
Oruc Ələskərov

"Azərbaycanı Avroviziyada layiqli şəkildə təmsil edərəm"


"Azərbaycan Atabəyləri" Azərbaycanın ilk tarixi filmidir. Bu mötəbər layihədə yer aldığım üçün çox xoşbəxtəm. Ümid varam ki, belə uğurlu layihələrin ardı gələcək."


Bu sözləri "Azərbaycan Atabəyləri" filmində Şahzadə Məsud obrazını canlandıran sənətçi Hidayət Əliyev filmin qala gecəsində "FiftySix Magazine"ə ekskluziv açıqlamasında bildirib. Uğurlu aktyor və sənətçi Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək niyyətinin olduğunu da qeyd edib:


"Azərbaycanı Avroviziyada təmsil etmək təklifi gəlsə, böyük bir əsər və maraqlı obrazla məmnuniyyətlə qəbul edərəm. Bunu zaman göstərəcək, amma belə bir məqam gəlib çatsa, Azərbaycanın adına layiq şəkildə təmsil edərəm."


Xatırladaq ki, gənc ifaçı Hidayət Əliyev "Səs Azərbaycan" layihəsinin finalçılarından biri olub.



bottom of page